Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 15:40
Bakı. Trend:
Xalq Bank xüsusi təklifləri ilə mütəmadi olaraq müştəriləri qarşısında yeni imkanlar açır. İyul ayının 14-dən avqustun 31-dək Xalq Bankın filiallarında Visa ödəniş kartlarını 50% endirimlə əldə etmək olar. Aksiya zamanı Bankın filialına müraciət edərək Visa İnternet, Visa Classic, Visa Gold, Visa Platinum ödəniş kartlarını endirimli şərtlərlə sifariş etmək və bu kartların verdiyi güzəştlərdən faydalanmaq mümkün olacaqdır. Belə ki, kampaniya müddəti ərzində müştəri kartın pulsuz əldə edilməsi üçün ilkin mədaxil məbləğinə, yaxud ilkin mədaxil olmadan ödənilən birdəfəlik xidmət haqqına 50% endirim qazanacaq. Xalq Bankın ödəniş kartları ilə alış-veriş olduqca sərfəlidir, çünki müştərilər daim müxtəlif imtiyazlar əldə edir, əlverişli təkliflərdən yararlanır, aksiyalarda iştirak edirlər.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və www.xalqbank.az saytından əldə edə bilərsiniz.