Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 16:00
Erməni silahlı birləşmələri sərhəd kəndlərini atəşə tutmaqda davam edir.
Sonxeber.net bildirir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayış evləri atəşə tutulub. Kənd ərazisinə mərmilərin düşməsi nəticəsində evlərə və torpaq sahələrinə ziyan dəyib.
Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.