Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman alimləri laboratoriyada aparılan son araşdırmanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ

Alman alimləri laboratoriyada aparılan son araşdırmanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ

Tarix: 15 Iyul 2020 07:15

Zamanla, bəzi hallarda koronavirus infeksiyasına qarşı yaranmış antikorların sayı əhəmiyyətli dərəcədə azalır ki, bu da yenidən yoluxma ehtimalını artırır.

Sonxeber.net xəbər verir ki, bu qənaət alman tədqiqatçılar tərəfindən yanvar ayının sonlarında Münhen Şvabinq klinikasında müalicə olunan ilk xəstələrin qan analizləri nəticəsində əldə edilib. Yoluxucu xəstəliklər klinikasının baş həkimi tərəfindən verilən açıqlamada bildirilib ki, laboratoriyada aparılan test nəticələrinə görə, doqquz xəstədən dördündə zərərsizləşdirici antikor sayı azalıb. Mütəxəssislərin sözlərinə görə, bunun uzunmüddətli immunitetə nə dərəcədə təsir etdiyi hələ məlum deyil, lakin tədqiqatın nəticələri və müşahidələr göstərir ki, COVID-19 olan xəstələr yenidən yoluxa bilər.

Xatırladaq ki, Çin alimləri koronavirusun asimptomatik daşıyıcılarında ağır simptomlara yoluxanlara nisbətən daha az antikor olduğunu söyləmişdi. Üstəlik, bu antikorların "xidmət müddəti" daha qısadır. Tədqiqatçıların fikrincə, asimptomatik daşıyıcılarda koronavirusa qarşı antikor iki həftədən sonra yox olur.

Alimlər həmçinin koronavirus xəstələrinə immunitet problemləri ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislər qanda limfosit sayının azalmasının COVID-19 olan xəstələrdə tipik simptom olduğunu qeyd edib. (publika.az)


Etiketlər:  Alman alimləri laboratoriyada aparılan araşdırmanın NƏTİCƏLƏRİNİ ELAN ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ