Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO)

GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO)

Tarix: 15 Iyul 2020 17:08

Bakı. Trend:

14 iyul 2020-ci il tarixində Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının 2019-cu il ərzində görülən işlər üzrə hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib.
Tədbirdə dünyanın 20-dan çox beynəlxalq neft-qaz şirkətlərindən və təşkilatlarından nümayəndələr iştirak edib.

Trend-in məlumatına görə, toplantıda açılış nitqi edən GGFR-ın layihə meneceri Zubin Bamji görülən işlər üzrə 2019-cu il hesabatı ilə əlaqədar geniş məlumat verdi.

Tədbirdə SOCAR tərəfindən iştirak edən ekologiya üzrə vitse-prezident, Rəhbər Komitənin üzvü xanım Rəfiqə Hüseynzadə öz çıxışında demişdir: “Hesabat geniş və dolğun materiallar əsasında tərtib olunmuş və orada 2019-cu il ərzində görüllən işlər haqqında ətraflı məlumatlar verilmişdir. Bu hesabatda digər işlərlə yanaşı, SOCAR-ın həyata keçirdiyi layihələr də öz əksini tapmışdır. Hesabatın təfərrüatlı işlənib hazırlanması onun müsbət dəyərləndirilməsinə imkan verir.” Bundan başqa, Rəfiqə xanım iştirakçıların nəzərinə çatdırmışdır ki, hazırda SOCAR bu istiqamətdə işləri yerli və beynəlxalq partnyorlarla birlikdə uğurla davam etdirir. Xüsusilə, məşəldə yandırılan qazın həcminin azaldılması məqsədilə SOCAR və “BP-Azərbaycan” şirkətinin birgə əməkdaşlığı, “Azəri-Çıraq-Günəşli” yataqlarında və Səngəçal terminalı üzrə əldə olunan müsbət nəticələr haqqında görüş iştirakçılarına məlumat verilmişdir.

Toplantıda çıxış edən digər nümayəndələr qeyd etmişlər ki, səmt qazının azaldılması istiqamətində görülən işlərin daha effektivliyi üçün yeni texnologiyaların tətbiqi uğura doğru addımdır və onun gələcəkdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr və əldə olunan nəticələrə əsasən Azərbaycanın “Sıfır karbon hədəfi”nə (“Net-Zero səviyyəsi”) çatacaq ilk ölkə olacağı toplantı iştirakçıları tərəfindən vurğulandı.

SOCAR qlobal istiləşmə və iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində Dünya Bankının GGFR Təşkilatı ilə 2008-ci ildə əməkdaşlığa başlamışdır. Son 12 il ərzində qarşılıqlı məhsuldar iş birliyinin nəticəsi olaraq, 2012-ci və 2015-ci illərdə “Səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr” nominasiyasında SOCAR-ın təqdim etdiyi layihələr Dünya Bankı və GGFR Təşkilatı tərəfindən yüksək qiymətləndirilmiş və SOCAR “Award Exellence”-“Ali mükafat”-larına layiq görülmüşdür. Belə ki, bu layihələrin icrası nəticəsində 20 il ərzində atmosferə atılan gündəlik 1 milyon m3 aşağı təzyiqli səmt qazlarının dəniz platformasında tutularaq istehlakçıya ötürülməsinə başlamışdır.

GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO) - Gallery Image GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  GGFR hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ