Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi (VİDEO)

Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi (VİDEO)

Tarix: 15 Iyul 2020 18:12

Bakı. Trend:

Ötən gün mövcud vəziyyətdən istifadə edərək təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov "Facebook" sosial şəbəkəsi vasitəsilə açıqlama verib.

Trend-in məlumatına görə, özünə haqq qazandırmağa çalışan Rəşad Məmmədov bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm".

Rəşad Məmmədovun "Facebook"da paylaşdığı bu statusdan sonra vətəndaşlar şərh yazaraq etdiyi hərəkətə görə onu kəskin tənqid edib, Rəşad Məmmədovu vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa çalışdığına görə günahlandırblar.

Onu da qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı açıqlamasında bildirib ki, bu şəxs Almaniyada Müsavat Partiyasına mühacir al-veri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak edib.

wfullscreen="" msallowfullscreen="" oallowfullscreen="" src="https://www.trend.az/player.php?f= https://cdn.trend.az/2020/07/15/video_saxta_ermeni_150720.mp4" webkitallowfullscreen="" width="100%">


Etiketlər:  Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ