Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda “Can Azərbaycana canımız fəda” adlı mitinq keçiriləcək

İstanbulda “Can Azərbaycana canımız fəda” adlı mitinq keçiriləcək

Tarix: 15 Iyul 2020 18:36

Türkiyənin İstanbul şəhərində "Can Azərbaycana canımız fəda" adlı mitinq keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, mitinqin məqsədi son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etməkdir.

Bəyazid Meydanında saat 14:00-da baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq erməni silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində təxribat törətməkdə davam edir.


Etiketlər:  İstanbulda Azərbaycana canımız fəda adlı mitinq keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ