Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionistdən XƏBƏRDARLIQ: Bu kütləviliyin acı nəticələrini görəcəyik

Baş infeksionistdən XƏBƏRDARLIQ: Bu kütləviliyin acı nəticələrini görəcəyik

Tarix: 15 Iyul 2020 22:28

"Orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi. Bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı. Hamısı yaxın məsafədə idi. Aralarında 1-2 nəfər virus daşıyıcı olsa, başqalarına keçirmə ehtimalı yüksəkdir".

Sonxeber.net bildirir ki, bu sözləri publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib.

O qeyd edib ki, yas mərasimləri kütləvilik baxımından çox ağırdır və insanlar bu yerlərdə qaydaları gözləməlidirlər:

"İtkimiz ağırdır. Ordumuzun qəhrəman, yüksək çinli zabitləri şəhid olub. Ürək ağrısı ilə bu xəbərləri eşidirik. Amma yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalarda, ziyarətlərdə, dəfn mərasimlərində iştirakdan çəkinməlidir.

Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən ermənilərlə müharibə şəraitindəyik, digər tərəfdən isə ölkədə COVID-19 pandemiyası hökm sürür. Üçüncü bir tərəfdən, yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayiş keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir. Gəlin bu işə diqqətli yanaşaq və sabitliyimizi qoruyaq. Bizim iki düşmənimiz var. Onlara qarşı birlikdə mübarizə aparaq".


Etiketlər:  Baş infeksionistdən XƏBƏRDARLIQ kütləviliyin acı nəticələrini görəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ