Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 01:24
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 24 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 24 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 258 nəfərə çatıb. İyulun 15-nə olan məlumata görə, Rusiyada 746 369 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 523 249 xəstə sağalıb.