Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 15:34
"Bizə müraciət edənlərin hamısı qeydiyyatdadır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur: "Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götülrülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfelsiya edilir. Əgər hansısa çağırışçıda xətəlik aşkarlanarsa dərhal nəzarətə götürülür".