Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 13:40
"Səbail"in Bakıda Rumıniyanın "Krayova" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.
Klubdan verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək. UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib.
Qeyd edək ki, cavab görüşü iyulun 18-də Yon Oblemenko stadionunda keçiriləcək ("Report").