Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib (FOTO)

“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib (FOTO)

Tarix: 19 Iyun 2019 13:52

Bakı. Trend:

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.


Etiketlər:  Eternity 2019 təliminin planlaşdırma konfransı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ