Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyinin rəsmisi: ''Sanitar-epidemioloji vəziyyət uyğun olarsa...''

Təhsil Nazirliyinin rəsmisi: ''Sanitar-epidemioloji vəziyyət uyğun olarsa...''

Tarix: 17 Iyul 2020 02:32

"Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edən 56 min nəfərdən 42 min nəfəri test mərhələsində iştirak edib. Bu gün pandemiya dövrünü nəzərə alsaq, namizədlərin bir mərkəzdə bu şəkildə iştiakı mümkün deyil. Buna görə də, müraciət edən namiziədlərin imtahanlarda iştirakı fərqli şəkildə təşkil ediləcək".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

O bildirib ki, cari ildə iştirakçı sayı məhdudlaşdırılmaqla bir neçə məkanda imtahanlar keçiriləcək:

"Bu istiqamətdə texniki təchizat işlərinə artıq start verilib. Səhər saatlarından başlayaraq, bu saata qədər 3 mindən artıq müraciət edilib. Sanitar-epidemioloji vəziyyət uyğun olarsa, yenidən müsabiqə təşkil edilə bilər".

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb və proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.


Etiketlər:  Təhsil Nazirliyinin rəsmisi Sanitar epidemioloji vəziyyət uyğun olarsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ