Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 15:00
Bakı. Trend:
OPEC və qeyri-OPEC ölkələri bu ilin ikinci yarısı üçün neft hasilatının səviyyəsi barədə müzakirələrin keçiriləcəyi görüşün tarixini razılaşdırıb.
Trend-in məlumatına görə, nazirlərin görüşü iyulun 1-2-də keçiriləcək.
Qeyd olunur ki, iyulun 1-də OPEC üzvləri, növbəti gün isə təşkilata daxil olmayan ölkələr görüşəcək.
İlkin olaraq görüşün iyunun 25-də keçirilməsi planlaşdırılırdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin