Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 14:42
Qəbul imtahanları təxminən avqustun 13-14-ü başlaya bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bu tarix də hələ ki dəqiq deyil, çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır".
M.Abbaszadə bildirib ki, avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: "Dövlət qulluğu ilə əlaqəli müəyyən təxirə salınan imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması nəzərdə tutulur".