Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone SE” modelindən ucuz smartfon buraxılacaq

“iPhone SE” modelindən ucuz smartfon buraxılacaq

Tarix: 18 Iyul 2020 08:04

ABŞ-ın "Apple" şirkəti yeni "iPhone SE" modelindən ucuz olacaq smartfon buraxmaq niyyətindədir. Bu barədə "MauriQHD" şəbəkə insayderinin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni qurğu brendin əvvəlki qabaqcıl modellərindən birinə oxşar dizayna malik olacaq.

Məlumata görə, qiymət Çinin orta seqmentli (200-300 dollar) smartfonları səviyyəsində olacaq.

Yeni smartfon nə müasir prosessor, nə güclü akkumulyator, nə də böyük ekranla təchiz ediləcək. Lakin buna baxmayaraq ucuz "iPhone" modelinin inkişaf etməkdə olan ölkələrin bazarlarında populyarlıq qazanacağı gözlənilir.


Etiketlər:  iPhone modelindən ucuz smartfon buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ