Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR

Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR

Tarix: 18 Iyul 2020 16:54

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında" qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, dəyişikliklə "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilib.

Eyni zamanda, qərarın II hissəsi yeni redaksiyada verilib:

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir".


Etiketlər:  Peşə Tədris Mərkəzinin adı dəyişdirildi QƏRAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ