Tarix: 19 Iyun 2019 17:32
PSJ-nin hücumçusu Neymar komandadan ayrılmaq istəyir.
Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu yenidən “Barselona”da oynamaq arzusundadır. 27 yaşlı forvardın artıq bu istəyini Paris klubunun sahibi Nasser Əl-Xəlafiyə çatdırdığı bildirilir. İddiaya görə, Neymar qətərli iş adamına “Daha PSJ-də oynamaq istəmirəm. Evimə qayıtmaq istəyirəm. "Barselona"nı tərk etməməliydim” deyib.
PSJ rəhbərliyinin də təcrübəli hücumçu ilə yolları ayrımağa hazır olduğu deyilir. Klub rəhbəri Əl-Xəlafi bir neçə gün əvvəl verdiyi açıqlamada Neymarın PSJ-yə məcbur gətirilmədiyini bilidirib və oynamaq istəməyənə qapının açıq olduğunu deyib.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.