Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2020 15:20
Əməkdar artist Elza Seyidcahan müğənni bacısı Rasimə Seyidcahanla uzun müddət küsülü olub.
Sonxeber.net bildirir ki, bu barədə Lent.az-a açıqlamasında E. Seyidcahanın bacısı söyləyib:
"Elza bacımla küsülü vaxtlarımızda olur. Bəzən bir-birimizi anlamırıq. Bu da normaldır. Musiqi ilə bağlı fikir ayrılıqları yaşanır. Amma sonda ortaq məxrəcə gələ bilirik. Amma illər öncə Azərbaycandan kənarda yaşayanda mahnı üstündə ondan bərk incidim və bir müddət küsülü qaldıq".
Daha sonra Elza bacısının sözlərinə qoşuldu: "Bu xaricdə yaşayanda ona zəng edirdim, götürmürdü. Sonra bildim ki, mahnıya görə küsüb. Onun üçün yazdığım" Bakı"adkı mahnını Xalq artisti Samir Cəfərova verdim, buna görə də bacım məndən küsdü. Sonra barışdıq".