Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anadolu agentliyi: Azərbaycan əsgərinin hazırlığı, təchizatı və döyüş əhvalı çox yüksəkdir

Anadolu agentliyi: Azərbaycan əsgərinin hazırlığı, təchizatı və döyüş əhvalı çox yüksəkdir

Tarix: 19 Iyul 2020 21:22

Türkiyənin Anadolu agentliyi (AA) Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdləri və hazırkı vəziyyətlə bağlı cəbhə bölgəsindən xüsusi reportaj yayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "AA döyüşlərin baş verdiyi Azərbaycan-Ermənistan sərhədində" sərlövhəsi ilə təqdim olunan reportaj Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq ələ keçirmək istədikləri mövqelərimizdən hazırlanıb. Diqqətə çatdırılır ki, döyüşlər dayansa da, gərginlik davam edir. Azərbaycan Ordusunun düşmənlə üz-üzə səngərdəki zabit və əsgərlərinin fikir və düşüncələrini türkdilli oxuculara çatdıran agentlik yazını "Erməni gücləri bir addım belə ata bilməyəcək", "Türkiyənin dəstəyini hər dəqiqə hiss edirik", "Minlərlə gənc könüllü olaraq əsgərliyə yazıldı", "Ermənistan iyulun 12-də hücuma cəhd göstərmişdir" kimi altbaşlıqlarla təqdim edib. Yazıya əlavə edilən videomaterial və fotolar oxucuda Azərbaycan Ordusunun gücü və qüdrəti barədə aydın təsəvvür yaradır. Düşmənin hər bir addımının, hərəkətinin dəqiqliklə müşahidə edildiyini və adekvat cavab verildiyini ifadə edən hərbçilərimiz göstərdiyi mənəvi psixoloji dəstəyə görə qardaş Türkiyəyə səmimi minnətdarlıqlarını ifadə ediblər.


Etiketlər:  Anadolu agentliyi Azərbaycan əsgərinin hazırlığı təchizatı döyüş əhvalı çox yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ