Tarix: 20 Iyul 2020 02:10
İspaniya La Liqasında 2019-2020 mövsümünə yekun vurulub.Qol.az xəbər verir ki, sonuncu - 38-ci turun bütün oyunları eyni gündə keçirilib.
"Barselona" səfərdə "Alaves"i darmadağın edib. Ötən tur çempionluğunu rəsmiləşdirən "Real" "Leqanes"lə heç-heçə edib.
"Atletiko" - "Real Sosyedad" matçında da qalib müəyyənləşməyib.
19 iyul
İspaniya La Liqası, 38-ci tur“Alaves” – “Barselona” – 0:5
Qollar: Fati, 24, Messi, 34, Suares, 44, Semedo, 57, Messi, 75
"Valyadolid" - "Betis" - 2:0
Qollar: Qvardiola, 45+1, Plano, 63
"Vilyarreal" - "Eybar" - 4:0Qollar: Andre-Frank, 71, Moreno, 86, 89, Qomes, 90+4
"Atletiko" - "Real Sosyedad" - 1:1Qollar: Koke, 30 - Yanuzay, 88
"Espanyol" - "Selta" - 0:0
"Qranada" - "Atletik" - 4:0Qollar: Soldado, 29; Puertas, 56, Fernandes, 67, Montoro, 90+3
"Leqanes" - "Real" - 2:2Qollar: Gil, 45+1, Assale, 79 - Ramos, 9, Asensio, 52
"Levante" - "Xetafe" - 1:0
Qol: Koke, 90+9
"Osasuna" - "Malyorka" - 2:2Qollar: Adrian, 21, Peres, 68 - Aqbenyenu, 45+1, Budimir, 65
"Sevilya" - "Valensiya" - 1:0
Qol: Requlyon, 55
Beləliklə, çempion "Real" mövsümü 87 xalla tamamlayıb. "Barselona" 82 xalla 2-ci, "Atletiko" və "Sevilya" hərəyə 70 xalla uyğun olaraq 3-4-cü pillərdə qərarlaşıb. Bu komandalar yeni mövsümdə İspaniyanı Çempionlar Liqasında təmsil edəcəklər. Mövsümə 5-ci və 6-cı pillədə yekun vuran "Vilyareal"la "Real Sosyedad" isə Avroliqada çıxış edəcəklər.
.