Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayitda top mərmisi aşkar edilib (FOTO)

Sumqayitda top mərmisi aşkar edilib (FOTO)

Tarix: 20 Iyul 2020 05:21

Bakı.

2020-ci il 19 İyul tarixində saat 21:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Yaşma bağları, Dalğa yaşayış sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA Trend-ə veilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır..

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image Sumqayitda top mərmisi aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Sumqayitda top mərmisi aşkar edilib FOTO


RƏYLƏR