Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 21:36
Bakı. Trend:
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
L.Abdullayeva bildirib: "Xarici işlər naziri Elmar Məmmədyarov və Con Bolton Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanmasının hazırki mərhələsi, mahiyyət üzrə danışıqların irəlilədilməsi yolları və regiondakı vəziyyət də daxil olmaqla bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin