Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ səfiri Fransa XİN-ə çağırıldı

ABŞ səfiri Fransa XİN-ə çağırıldı

Tarix: 25 Avqust 2025 11:42

ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfir Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı məktub fonunda nazirliyə dəvət edilib.

Belə ki, Kuşner məktubunda Fransada antisemitizmin artmasından və hökumətin bununla mübarizədə kifayət qədər tədbir görməməsindən narahatlığını ifadə edib. 

O vurğulayıb ki, Fransada elə bir gün olmur ki, küçələrdə yəhudilərə hücum edilməsin, sinaqoqlar və məktəblər hücuma məruz qalmasın. 

Fransa XİN qeyd edib ki, amerikalı diplomatın açıqlamaları 1961-ci il Vyana Konvensiyasını pozur. Burada isə söhbət dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyindən gedir.


Etiketlər:  ABŞ səfiri Fransa XİN çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ