Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİM: "Koronavirusdan sağalmış şəxslər imtahanda iştirak edə bilərlər"

DİM:

Tarix: 20 Iyul 2020 17:40

İmtahanda hər bir iştirakçıdan bəyannamə tələb edirik. O bəyannamədə göstərilir ki, son 15 gündə onun özündə, ailə üzvlərində, təmasda olduğu şəxslərd virusa yoluxma faktı aşkarlanmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş və artıq sağalmış şəxslər imtahanda iştirak edə bilərlər:

"Ola bilsin ki, kimdəsə bu yoluxma faktı olub və artıq onun sağalma dövrü başa çatıb. Belə şəxslərin gələcək imtahanlarda iştirakı ilə bağlı problem yoxdur və onlar imtahanlarda iştirak edə bilərlər. İyulun 10-da keçirilən imtahanlarda əvvəlki imtahanlarda temperaturu olan şəxslərin iştirakş təmin edilib".

Milli.Az


Etiketlər:  DİM Koronavirusdan sağalmış şəxslər imtahanda iştirak edə bilərlər


RƏYLƏR