Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionatının vaxtı dəyişdiriləcək? – İnfantinodan yeni açıqlama

Dünya çempionatının vaxtı dəyişdiriləcək? –  İnfantinodan yeni açıqlama

Tarix: 10 Oktyabr 2025 10:30

Futbol üzrə dünya çempionatının keçirilmə tarixi ilə bağlı dəyişiklik gündəmdədir.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino turnirin ənənəvi olaraq yay aylarında deyil, ilin başqa fəsillərində təşkil olunması ilə bağlı müzakirələrin aparıldığını bildirib.

O, "The Guardian" nəşrinə açıqlamasında qeyd edib ki, iyun və iyul aylarında bir çox ölkələrdə havalar çox isti olur:

"Bəzi regionlarda bu aylarda oynamaq çətindir. Oktyabr və ya mart ayları futbol üçün daha əlverişli hesab oluna bilər."

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin hazırda 11 iyun - 19 iyul tarixlərində baş tutması planlaşdırılır.

Hüseyn


Etiketlər:  Dünya çempionatının vaxtı dəyişdiriləcək İnfantinodan yeni açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ