Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb - Nazirlik

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb - Nazirlik

Tarix: 20 Iyul 2020 18:03

Bakı. Samir Əli - Trend:

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb, ikinci dalğasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, əslində dövlət səviyyəsində bu tədbirlər ikinci dalğanın qarşısının alınması ilə bağlıdır: "Tədbirlər görməklə biz bunun qarşısını ala bilırik. Təmizlik və qorunmaya riayət etsək, epidemiyanın qarşsıını ala bilərik. Amma əksinə olsa bu virus daha da güclənə bilər. Payız aylarında havaların dəyişməsi ilə bağlı ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşıaını almaq üçün qaydalara riayət etməliyik".


Etiketlər:  Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb Nazirlik


RƏYLƏR