Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb'' - Nazirlik

''Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb'' - Nazirlik

Tarix: 20 Iyul 2020 18:08

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb, ikinci dalğasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, əslində, dövlət səviyyəsində bu tədbirlər ikinci dalğanın qarşısının alınması ilə bağlıdır: "Tədbirlər görməklə biz bunun qarşısını ala bilırik. Təmizlik və qorunmaya riayət etsək, epidemiyanın qarşısını ala bilərik. Amma əksinə olsa, bu virus daha da güclənə bilər. Payız aylarında havaların dəyişməsi ilə bağlı ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşısını almaq üçün qaydalara riayət etməliyik".


Etiketlər:  Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb Nazirlik


RƏYLƏR