Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 02:44
Bakı. Trend:
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Yarışa 1/4 finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçirilib. Ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Həşimova iyunun 20-də bürünc medal uğrunda güləşəcək.
Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk mərhələdə bolqar rəqibinə birinci hissədə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Belarus idmançısıyla bacarmayıb.
Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün Soltanova iyunun 20-də təsəlliverici görüşə çıxacaq.
Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığma üzvü ilk görüşdə ispan güləşçini "tuşe" ilə məyus edib. Ancaq daha sonra ukraynalı rəqibinə məğlub olub.
43 kq
1/4 final - Zenfira Həşimova - Valentina Haroşka (BLR) 8:0
1/2 final - Zenfira Həşimova - Aida Kərimova (UKR) 0:11
Bürünc medal görüşü - Zenfira Həşimova - Olqa Rexmetullova (RUS) / Justin Fanni Viquro (FRA)
49 kq
Təsnifat - Gültəkin Şirinova - Fatme Tahir Şaban (BUL) 8:0 (tuşe)
1/4 final - Gültəkin Şirinova - Anastasiya Yanotava (BLR) 2:14
57 kq
1/8 final - Birgül Soltanova - Kristina Sokolovska (UKR) 4:6
Təsəlliverici görüş - Birgül Soltanova - Emiliya Krekiun (MDA)
65 kq
1/8 final - Nigar Mirzəzadə - Andrea Molina Rodriges (ESP) 2:4 (tuşe)
1/4 final - Nigar Mirzəzadə - Yevgeniya Siedix (UKR) 0:4 (tuşe)
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin