Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 17:00
Bakı. Trend:
Bakı trası Formula 1 mövsümündəki traslar arasında ən uzun düzlüyə malikdir.
Trend-in məlumatına görə, bunu “Ferrari” pilotu, almaniyalı Sebastyan Fettel deyib.
Onun sözlərinə görə, 2,2 kilometrlik düz xətdə bolidin hərəkət sürəti saatda 360 kilometrə çatır:
“Bundan sonra isə birinci yavaş döngə üçün qəfil əyləcə basmaq lazımdır”.
O bildirib ki, İçərişəhər divarları yaxınlığındakı yoxuş hissə çox dardır:
“Elə təəssürat yaranır ki, sanki iynənin dəliyindən keçirsən. Buradan eyni vaxtda iki bolid keçə bilməz”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin