Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''dan ilinə 20 milyon avro istəyir

''Bavariya''dan ilinə 20 milyon avro istəyir

Tarix: 21 Iyul 2020 15:24

"Bavariya" futbolçusu David Alaba ilə müqaviləni yeniləmək üçün danışıqlar aparır.

Qol.az "Sport 1"ə istinadən xəbər verir ki, avstriyalı oyunçunun atası və meneceri olan Pini Zahavi  klub rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə ediblər.

P.Zahavi müzakirələr zamanı oğlunun dünyanın ən yaxşı mərkəz müdafiəçilərin biri olduğunu və buna uyğun maaş almasının vacibliyini söyləyib.

28 yaşlı müdafiəçi nin Münhen təmsilçisindən illik 20 milyon avrodan çox maaş istədiyi vurğulanıb. Bildirilib ki, məhz bu şərt tərəflər arasında danışıqların müsbət yekunlaşmasının əngəl olur.

Qeyd olunub ki, Alaba maaşı artırılacağı təqdirdə, karyerasını "Bavariya"da bitirməyə hazırdır.

 


Etiketlər:  Bavariyadan ilinə milyon avro istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ