Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rekordlar həmişə vacibdir, amma...'' - Ronaldo

''Rekordlar həmişə vacibdir, amma...'' - Ronaldo

Tarix: 21 Iyul 2020 17:22

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 34-cü turunda "Latsio" üzərində 2:1 hesablı qələbəni şərh edib.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, sözügedən görüşdə dubla imza ataraq yeni rekordlar qıran portuqaliyalı hücumçu deyib:

"Gözəl mövsüm keçirən komandaya qarşı çətin bir matç olacağını bilirdik. Bu qələbədən çox məmnunuq. Rekordlar? Rekordlar həmişə vacibdir, amma komandanın qələbəsi ilk növbədə gəlir. "Yuventus"un səviyyəsini bir daha göstərə bildik".

Qeyd edək ki, Ronaldo Premyer Liqa, La Liqa və A seriyasında 50 və daha çox qol vuran ilk futbolçu olub. Bundan başqa, 35 yaşlı hücumçu ən az 1994/1995 mövsümündən bəri A seriyasında 50-dən çox qol vuran ən sürətli oyunçu olub. O, 50 qol səddini 61 matça aşıb.

 


Etiketlər:  Rekordlar həmişə vacibdir amma Ronaldo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ