Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 00:14
Ermənistanın destruktiv mövqeyi, sərhədin Tovuz istiqamətində düşmən ölkənin təxribatı və Azərbaycan Ordusunun layiqli cavabından sonra beynəlxalq rəylər məsələsi gündəmə gəlib. Əksər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar hücumunu pislədi, Azərbaycanın isə haqlı mövqeyini müdafiə etdilər.
Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində son proseslər və beynəlxalq aləmin erməni təcavüzünə qarşı reaksiyaları müzakirə olunub. Proqramın qonaqları, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva ilə Milli Məclisin üzvü, politoloq Elşad Mirbəşiroğlu məsələ ətrafında fikirlərini bildiriblər. Verilişə "Skype" vasitəsi ilə qatılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də bildirib ki, Ermənistanın sərhəddəki təxribatı beynəlxalq qurumlar tərəfindən mənfi qarşılanıb. Qeyd edilib ki, Azərbaycan güclü və dayanıqlı diplomatiya ilə böyük dəstək qazandı. "Hədəf"də həmçinin erməni təxribatına qarşı bəzi antimilli qüvvələrin qeyri-adekvat reaksiyaları təhlil edilib.
Proqramın tam versiyasına "YouTube" kanalımızdan baxa bilərsiniz
https://www.youtube.com/watch?v=8rtZ-iB4RKA .
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi - Trend.az