Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan'' baş məşqçisi ilə müqaviləni uzatdı - Rəsmi

''Milan'' baş məşqçisi ilə müqaviləni uzatdı -  Rəsmi

Tarix: 22 Iyul 2020 09:52

"Milan"  baş məşqçisi Stefano Pioli ilə müqaviləni uzadıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında "Milan"a baş məşqçi təyin edilib.Onun komandası A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır.

 


Etiketlər:  Milan baş məşqçisi ilə müqaviləni uzatdı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ