Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli komanda baş məşqçilərinin məvacibləri açıqlandı

Milli komanda baş məşqçilərinin məvacibləri açıqlandı

Tarix: 11 Oktyabr 2025 20:56

Argentina millisinə Dünya Kubokunu qazandıran baş məşqçisi Lionel Skaloni illik təxminən 2,3 milyon avro maaş alır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Braziliya millisinə rəhbərlik edən təcrübəli Karlo Ançelotti isə ildə 9,5 milyon avro qazanır.

İki baş məşqçinin məvacibi arasında tam dörd dəfə fərq var.

Qeyd edək ki, məhz Ançelotti dünyanın ən çox maaş alan milli komanda çalışdırıcısı tituluna sahibdir. Onun şəxsi təyyarədən istifadə etmək hüququ olduğu və 2026-cı il Dünya Kubokunu qazanacağı təqdirdə 5 milyon avro mükafat alacağı bildirilir.

Son məlumatlara görə, hazırda ən çox maaş alan milli komanda baş məşqçiləri aşağıdakılardır:

Karlo Ançelotti (Braziliya) - ildə təxminən 9,5 milyon avro;

Tomas Tuxel (İngiltərə) - 5,9 milyon avro;

Maurisio Poçettino (ABŞ) - 5,3 milyon avro;

Yulian Nagelsmann (Almaniya) - 4,9 milyon avro;

Roberto Martinez (Portuqaliya) - 4 milyon avro;

Didye Deşam (Fransa) - 3,8 milyon avro;

Marselo Bielsa (Uruqvay) - 3,5 milyon avro;

Rikardo Qareka (Çili) - 3,3 milyon avro;

Ronald Kuman (Niderland) - 3 milyon avro;

Luçiano Spalletti (İtaliya) - 2,8 milyon avro.


Etiketlər:  Milli komanda baş məşqçilərinin məvacibləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ