Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2025 17:52
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun təyinatları açıqlanıb.
Sonxeber.net xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Sayatu Karabaevu idarə edəcək.
Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da "Liv Bona Dea" arenada keçiriləcək.(Qaynarinfo)