Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 qol vurduğu oyun bitən kimi həbs olundu

7 qol vurduğu oyun bitən kimi həbs olundu

Tarix: 11 Oktyabr 2025 18:32

Finlandiyanın "Finnkurd" klubunun braziliyalı futbolçusu Jonatan Gerreyro həbs edilib. 

Sonxeber.net xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb. O, oyunların nəticələrini manipulyasiya etməkdə ittiham olunur.

Mənbənin məlumatına görə, Gerreyro və daha iki braziliyalı futbolçu Finlandiya çempionatının beşinci divizionunda keçirilən "Finnkurd" - "Espa/Renat" (8:1) oyunundan sonra saxlanılıb. Həmin qarşılaşmada Gerreyro 7 qol vurub. Polis oyun başa çatan kimi meydana daxil olaraq futbolçuları saxlayıb.

Araşdırma zamanı iki oyunçu mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıb, lakin 34 yaşlı Gerreyro istintaq çərçivəsində həbsdə saxlanılıb.

Qeyd edək ki, Jonatan Gerreyro bir neçə həftə əvvəl "Finnkurd" klubunun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. (qol.az)


Etiketlər:  vurduğu oyun bitən kimi həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ