Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2025 20:30
"Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu, futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq".
Sonxeber.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.
B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:
"Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik".