Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçularımız Açıq Asiya Turnirində 6 medal qazandılar - FOTO

Cüdoçularımız Açıq Asiya Turnirində 6 medal qazandılar - FOTO

Tarix: 11 Oktyabr 2025 21:54

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

Sonxeber.net xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü medal qazanıb.

Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Hüseyn Allahyarov (-60 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş medala sahib olublar. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medal qazanıblar.

Milli komandamız Açıq Asiya Turnirində 25 cüdoçu ilə təmsil olunur.


Etiketlər:  Cüdoçularımız Açıq Asiya Turnirində medal qazandılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ