Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' Ştegenlə maraqlanır

''Çelsi'' Ştegenlə maraqlanır

Tarix: 22 Iyul 2020 19:54

"Çelsi" yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu "Barselona" nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.

"Çelsi" bu transferin həyata keçirilməsinin çətin olacağını bilsə də, klub alman oyunçunu almaqla israrlıdır. Premyer Liqa təmsilçisinin Ştegen üçün müqaviləyə qapıçısı Kepa Arrisabalaqanı daxil etməyə hazır olduğu vurğulanıb.

Eyni zamanda, "Barselona"nın 28 yaşlı qolkiperi satmağı düşünmədiyi, onunla yeni müqavilə imzalamağa çalışdığı qeyd olunub.

Xatırladaq ki, Ştegen La Liqada başa  çatan mövsümdə 36 oyun keçirib və bu matçlardan 12-də qapısını toxunulmaz saxlayıb.

Milli.Az


Etiketlər:  Çelsi Ştegenlə maraqlanır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR