Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Tarix: 23 Iyul 2020 12:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Vidzeme University of Applied Sciences”, “Rīga Stradiņš University” və “Turība University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 14 fevral tarixində verilib.


Etiketlər:  Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb


RƏYLƏR