Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 15:34
"Real"ın yay transfer pəncərəsindəki planları məlum olub.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" koronavirus pandemiyası səbəbindən büdcəsi zəiflədiyinə görə bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Belə ki, Xames Rodriqes, Qaret Beyl, Luka Yoviç və Mariono Diası satmaq Madrid təmsilçisinin əsas hədəfidir.
Bundan başqa, icarə əsasında müxtəlif komandalarda çıxış edən "Real"ın 11 futbolçusunun bu yay kluba qayıdacağı vurğulanıb. Bu səbəbdən Madrid təmsilçisinin Luka Modriç, Naço və Lukas Vaskes, Dani Sabelyos, Alvaro Odriosol, Oskar Rodriqes, Xesus Valyeho, Borxa Mayoral və Xorxe de Frutosu da satmağa hazır olduğu qeyd olunub.