Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 16:32
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin nominal gəlirləri 0,6 faiz artıb.
Bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 milyard 706,9 milyon manatlıq vəsait qalıb.