Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 19:08
İtaliya A seriyasında 2019/2020 mövsümünün qalibi bu gün müəyyənləşə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, lider "Yuventus" 35-ci turda "Udineze"ni məğlub etsə, ən yaxın izləyicisi "Atalanta" ilə xal fərqini 9-a çatdıracaq və turnirin bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirəcək. Çünki bu komandalar arasında xallar bərabər olsa belə, şəxsi görüşlərdə Turin təmsilçisi üstünlüyə (3:1, 2:2) görə 1-ci olacaq. Maurrisio Sarrinin baş məşqçisi olduğu komanda "Udineze" ilə görüşdən qələbə ilə ayrılsa, ardıcıl 9-cu dəfə ölkə çempionu olacaq.
Qeyd edək ki, "Udineze" - "Yuventus" görüşü Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Əlavə edək ki, lider "Yuventus"un hazırda 80 xalı var.