Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 01:34
"Bavariya"nın qapıçısı Manuel Noyer özünü dünyanın ən yaxşı qolkiperi hesab edir.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, açıqlamasında bildirib: "Dünyanın ən yaxşı qapıçısı olduğuma şübhə yoxdur. Artıq 17 yaşında deyiləm. Hər zaman oynamağı sevirəm. Çempionlar Liqasını qazanmaq və mövsümüm üçüncü kubokunun sahibi olmaq istəyirəm".
Qeyd edək ki, Noyer başa çatan Bundesliqda 33 matçda meydana çıxıb və 15 görüşdə qapısını toxunulmaz saxlayıb.