Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 13:09
2020-ci ildə virtual və artırılmış reallıq (augmented reality, AR / virtual reality, VR) qurğularının qlobal tədarük həcmi 5 milyondan bir qədər çox gözlənilir. Lakin AR və VR texnologiyaları sürətlə populyarlaşır və 2025-ci ilədək bu bazarın həcmi 8 dəfədən çox artacaq. “TrendForce” analitik şirkətinin mütəxəssisləri belə proqnozla çıxış ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər hesab edirlər ki, yeni qurğuların çıxarılması AR/VR sənayesinin sürətli inkişafına imkan yaradacaq. 2021-2022-ci illərdə “Apple”, “Huawei” və “Samsung” daxil olmaqla bir neçə populyar brendin artırılmış və ya virtual reallıq qarniturları təqdim edəcəyi gözlənilir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, tədarük həcmi hər il 53,1% yüksələcək və 2025-ci ilədək 43 milyonu ötəcək.
Emil Hüseynov