Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 15:56
"Apple" bütün dünyada "iPhone" istifadəçilərinə yüksək səviyyəli casus proqram hücumları ilə bağlı ciddi xəbərdarlıq göndərib.
Sonxeber.net xəbər verir ki, şirkət 150 ölkədəki istifadəçilərə təhlükə bildirişi yollayaraq, "iPhone"ların "pullu casus proqramlar" vasitəsilə hədəfə alınma riskinin artdığını bildirib.
Xəbərdarlıq xüsusilə jurnalistlər, iş adamları, fəallar və diplomatlar kimi müəyyən peşə qruplarını əhatə etsə də, "Apple" hər kəsi diqqətli olmağa çağırır.
Mütəxəssislərə görə, bu hücumlar çox vaxt istifadəçi heç bir linkə klik etmədən baş verir. "Sıfır klik" metodundan istifadə edən hakerlər iMessage vasitəsilə göndərilən zərərli şəkillərdən, Safari-dəki boşluqlardan və ya internet saytlarında yerləşdirilən zərərli reklamlardan yararlanırlar.
Bu proqramlar cihazdakı bütün fəaliyyətləri izləyə, mesajları oxuya, kameraya və mikrofona giriş əldə edə bilər.
Apple-ın məlumatına görə, aşağıdakı əlamətlər zərərli fəaliyyətin göstəricisi ola bilər:
iPhone həddindən artıq qızır və ya normadan çox yavaşlayır
Əsas ekranda əvvəllər olmayan naməlum tətbiqlər peyda olur
Tətbiqlərdə səbəbsiz xətalar və sistem qəzaları baş verir
Apple-dan təhlükəsizlik tövsiyələri
iOS sisteminizi ən son versiyaya yeniləyin
İki faktorlu autentifikasiyanı aktivləşdirin
App Store-dan kənar mənbələrdən tətbiq yükləməyin
Şübhəli linklərə və əlavə fayllara klikləməyin