Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2025 01:08
Süni intellekt həm uşaqlar üçün öyrənmə aləti, həm də onların davranışlarını müşahidə edən texnoloji "tərəfdaş"a çevrilib. Mütəxəssislər bildirirlər ki, süni intellekt real istifadəçi davranışlarını, sual tiplərini və ünsiyyət formalarını izləyərək inkişaf edir. Bu prosesdə uşaqlar həm öncül istifadəçilər, həm də sınaq obyektləri rolunu oynayırlar.
Sonxeber.net xəbər verir ki, ABŞ-da aparılan müşahidələr yeniyetmələrin evdə və məktəbdə valideynlərindən daha çox süni intellektə müraciət etdiyini göstərir. Onlar ev tapşırıqlarında, ünsiyyətdə və gündəlik suallarda süni intellektdən geniş istifadə edirlər.
Tədqiqatlar göstərir ki, süni intellektdən kömək alan şagirdlərin beyin fəallığı azalır və onlar yazdıqları mətnləri daha zəif yadda saxlayırlar. Alimlər bunun uzunmüddətli öyrənmə prosesinə mənfi təsir edə biləcəyini qeyd edirlər.
Süni intellekt uşaqların ev həyatını və əyləncə modelini də dəyişir. Yeniyetmələr arasında "Aİ dostları" sürətlə populyarlaşır. Bəzi uşaqlar şəxsi mövzuları real insanlardan daha çox süni intelleklə bölüşürlər. Bu tendensiya psixoloqlar arasında narahatlıq yaradır.
Bundan başqa, ABŞ-də test mərhələsində olan bəzi süni intellekt oyuncaqlarının uşaqlarla qeyri-münasib dialoqlara girdiyi məlum olub. Bu hallar təhlükəsizlik və etik standartların gücləndirilməsi zərurətini gündəmə gətirib. məhdudiyyətlər hazırlayır