Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 22:55
Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdığını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, o, bu barədə "Pərvizə görə" verilişində danışıb:
"Kim ki icazəsiz mahnılarımı oxumuşdu, hamısını yutubdan sildirdim. Könül Kərimova buna görə məni blok edib. Nüşabə adlı bir xanım mahnımı oxumuşdu, qıza xəbər göndərildi ki, mahnının müəllifi Nazilə Səfərlidir, silməlisiniz. O da dedi ki, mən Könül xanımdan icazə almışam. Dedim o zaman ödəniş edin, dedilər bu artıq işlənmiş mahnıdır. Könül xanım da dedi mən icazə vermişəm, kasıb qızdır, o zaman mən artıq mahnını sildirmişdim. O da sözünü yerə saldığıma görə məni blok etdi. Halbuki məni saymayan siz idiniz".