Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 18:02
Boks üzrə keçmiş dünya çempionu, 54 yaşlı Mayk Tayson rinqlərə geri dönür.
Sonxeber.net xəbər verir ki, Tayson 12 sentyabrda Roy Cons ilə döyüşə çıxacaq.
Şou xarakterli döyüş Kaliforniyadakı "Dignity Health Sports Park"da keçiriləcək və 8 raund olacaq.
Qeyd edək ki, karyerası ərzində "Dəmir Mayk", "Dünyanın ən təhlükəli adamı" ləqəbləri ilə tanınan Mayk rinqə çıxdığı ilk ildə 15 matçın hamısında qalib gəlmiş, bütün rəqiblərini nokautla məğlub etmişdi. O, 20-ci doğum günündən 4 ay sponra dünyanın ən gənc ağır çəkili çempionu olmuşdu.
O, son döyüşünə 2005-ci ildə çıxmışdı. (publika.az)