Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO)

Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO)

Tarix: 24 Iyul 2020 18:24

Bakı. Trend:

Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilir.

Trend-in məlumatına görə, iyulun 24-də «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında keçirilmiş növbəti səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib.

Növbəti sənəd qəbulu isə iyulun 25-də, saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 990 ünvanında keçiriləcəkdir.

Mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Qeyd edək ki, Fərman imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22322 mənzilə elektron çıxarış verilib.

Bununla yanaşı, Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsi səbəbindən həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının müvafiq Fərmanının tələblərinə əsaslanaraq və vətəndaşların mənafeyi nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-larda olduğu kimi, mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb. Bununla da, 16595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradılır.

Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda bu şəhərlərdə istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur.

Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu mütəmadi olaraq keçiriləcəkdir.

Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Yasamal rayonunda mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ